Русская версия English version
   AZSAMAND avtomobil servis mərkəzi EVSEN şirkətlər qrupunun AZE-SAMAND avtomobil zavodunun nəzdində fəliyyət göstərir. Mərkəz məlum olduğu kimi yalnız AZSAMAND avtomobillərinin servisi ilə məşğuldur. Burada servis həm ödənişsiz, həm də ödənişli qaydada həyata keçirilir. Yəni, zəmanət müddəti ərzində AZSAMAND avtomobil zavodu tərəfindən təyin olunmuş zəmanət şərtlərinə əsasən göstərilən servis ödənişsiz, zəmanət müddəti bitdiyi təqdirdə və ya zəmanət müddəti bitmədən zəmanət şərtləri alıcı (avtomobil sahibi) tərəfindən pozulduqda ödənişli qaydada olur. Şirkət tərəfindən müəyyən olunmuş zəmanət müddəti 1 il və ya 30 000 km-dir. Ödənişli servis ən münasib qiymətlərlə göstərilir.

   Mərkəzdə xüsusi təlim görmüş yüksək səviyyəli personal və bununla yanaşı, burada quraşdırılmış beynəlxalq standartlara uyğun avadanlıqlar avtomobillərin cari baxışının və təmirinin keyfiyyətli həyata keçirilməsinə zəmanət verir.
   Mərkəzə mühərrik bölməsi, dəmirçi bölməsi, çilingər bölməsi, boyama bölməsi, yuyucu bölməsi və digər təyinatlı bölmələr daxildirlər.
   Yaxın gələcəkdə mərkəzin xidmət diapazonunun daha da genişləndirilməsi ilə bərabər onun Bakı şəhərinin, eləcə də, respublikanın müxtəlif bölgələrində filiallarının açılması nəzərdə tutulmuşdur.


Ünvan:  Bakı ş., Dərnəgül şossesi, Neft pr. məhəllə - 30/68
Tel:       (+99412) 441 14 48
              (+99412) 441 14 58
Faks:    (+99412) 498 07 03

"Evsen" Group-un mərkəzi idarəetmə binası harada yerləşir?
"Evsen" Group-un mərkəzi idarəetmə strukturu Şamaxı şəhərində yerləşir.
"Evsen" və "Elit" şirkətləri biri-birindən nə ilə fərqlənir?
"Evsen" Şirkətlər Qrupu özündə bir sıra şirkətləri birləşdirmişdir ki, onlardan da biri "Elite" kompleksidir.
APREL 15, 2018
Ali Evsen 3 dinin bərabərliyini təcəssüm etdirən heykəli xatirə hədiyyəsi olaraq İspaniya kraliçası Sofiyaya təqdim etdi.
NOYABR 06, 2017
"Evsen" Fondun təşəbbüsü ilə təşkil edilən və həyata keçirilən II Beynəlxalq konfrans İspaniya hökuməti tərəfindən müsbət qarşılanaraq dəstəklənmişdir.
Əsas səhifə
Saytın xəritəsi
Linklər