Azərbaycan versiyası English version
   "Evsen" Şirkətlər Qrupu xarici ticarət əlaqələrinin genişlənməsində aktiv şəkildə fəaliyyətini davam etdirir.
   "Evsen" Şirkətlər Qrupu Balkan regionunda neft sərvətlərindən istifadəni həyata keçirmək, neft sənayesinin idxal-ixrac idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədi ilə Star OİL MMC -ni yaratmışdır.

   Şirkətin funksiya və fəaliyyəti.
   Star OİL MMC Balkan regionlarının bütöv ərazilərində, o cümlədən quru və dəniz ərazisində neft və qaz məhsullarının işlənməsi, neftin, qazın, qaz kondensatının hazırlanması, emalı və həmçinin onlardan alınan məhsulların daxili və xarici bazarlarda satışı ilə məşğul olur.
   Balkan regionunun neft və neft məhsullarına olan tələbatını ödəmək, daxili tələbdən artıq hissəni isə ixrac etmək şirkətin əsas hədəflərindən biridir. Bunu həyata keçirtmək üçün STAR OİL inkişaf etmiş xidmət sektoruna, böyük texniki potensiala malikdir. STAR OİL həm quru, həm də dəniz neft məhsullarının idxalı və ixracı ilə bağlı bütün məsələləri həll etmək qabiliyyətinə malik yüksək ixtisaslı mühəndis, texnik və fəhlə kadrlara malikdir.
   STAR OİL məhdud məsuliyyətli cəmiyyətinin əsas funksiyası və fəaliyyət sahəsi Avropa ölkələrində neft və neft məhsullarının satışını və idxal-ixracını təşkil etməkdir.
   STAR OİL MMC -nin əsas fəaliyyət sahəsi Balkan ölkələrində neftin topdan və pərakəndə satışı, neft və neft məhsullarının, həmçinin mayeləşdirilmiş qazın regiona idxalı, neft və qaz anbarlarının tikintisidir.
   "Evsen" Şirkətlər Qrupu iqtisadiyyatın qeyri-neft sahələrində sənaye, məişət avadanlıqları məhsullarının istehsalı, idxalı və ixracı, daxili bazarda satışı üzrə fəaliyyət göstərir. "Evsen" Şirkətlər Qrupu'nun bu sektora yatırdığı sərmayələri vasitəsilə ən müasir texnologiyalara əsaslanan sənaye sahələri yaradaraq beynəlxalq keyfiyyət standartlarına uyğun rəqabət qabiliyyətli məhsullar istehsal etmək, idxalı əvəz etmək, ixracı stimullaşdırmaq və son nəticədə ölkənin regionlarının sosial-iqtisadi inkişafına layiqli töhfə vermək niyyətindədir.
   STAR OİL MMC-nin əsas profili neft-qaz sektorunda Neft-Qaz məhsullarının idxal və ixrac işlərini həyata keçirməkdir. Hazırda müəssisə neft və neft məhsulları idxal etməklə Balkan regionunun tələbatını tam ödəmək və yaxın gələcəkdə qonşu ölkələrə ixrac etmək sahəsində çalışmaqdadır. Şirkətin indiyə kimi bölgə iqtisadiyyatına yatırdığı investisiyanın həcmi 10 milyon avrodur.
   Beynəlxalq ticarət "Evsen" Şirkətlər Qrupu'nun inkişaf strategiyasının mühüm prioritetlərindəndir.

What role will you play in the economy of Azerbaijan?
Our unit is a strategic partner with Government economy, and is a major
What role will you play in the economy of Azerbaijan?
What role will you play in the economy of Azerbaijan?
Наша цель работа в сферах автомобилестроения, производство холодильников и кондиционеров в Азербайджане и соседних странах, а также создание условий в системе продаж, которые соответствовали бы покупательским способностям народа.
Перейти на главную страницу
Карта сайта
Ссылки