Ðóññêàÿ âåðñèÿ English version
Ali Evsen: "Hər bir insanın daşıdığı vəzifə və işindən asılı olmayaraq cəmiyyət qarşısında bir məsuliyyəti var. Və bu məsuliyyət hər bir sahədə çalışan insanlar üçün fərqlidir. İş adamının da qarşısında konkret məsuliyyət durur. İş adamının cəmiyyət qarşısında məsuliyyəti yalnız vergilərini vaxtında və düzgün ödəməklə bitmir. Vergi ödəmək dövlət qarşısında vəzifələrin yerinə yetirilməsi deməkdir. Cəmiyyət qarşısında vəzifələr, bir vətəndaş kimi vəzifələr həm də cəmiyyətə faydalı xidmətlər göstərməklə yerinə yetirilir".
"Sahibkarlıq fəaliyyəti çox fərqli bir sahədir. Hissiyata, cəsarətə arxalanmaqla, daima irəliyə can atmağa söykənən bir keyfiyyətdir. İş adamları da fərqlənir: asan yolla çox qazanmaq istəyənlər! Digərlərinə isə daimə uzunmüddətli layihələr keçirməklə, insanları işlə təmin etməklə onlara dolanışıq yaradan iş adamları aiddir. Lakin istənilən halda sahibkarlar da cəmiyyətin bir üzvüdür, cəmiyyətə məxsus keyfiyyətlərin daşıyıcısıdır. Onu qazanc əldə etmək istəyinə görə qınamaq düzgün olmazdı."


   "Evsen Şirkətlər Qrupu" nun prezidenti Ali Evsen 20.08.1962 ci ildə Türkiyənin Adana şəhərində anadan olmuşdur. O, Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirmişdir. Təhsil aldığı illər onu doğma və ğözəl paytaxtımıza möhkəm bağlamış, «türkün dostu türkdür» anlamı üzərində daha inamla dayanmağa sövq etmişdir.
   Təhsil aldığı illər ərzində o nəinki özünü vətəndən uzaqda hiss etməmiş, hətta bu torpaqla, doğma Bakımızla tanışlıq onun ağlına bu xalqın içində iş birliyi yaratmaq fikrini də gətirmişdir.
   Ali Evsenin yaratdığı istehsal və ticarət müəssisələri ölkənin iqtisadiyyatının inkşafında mühüm rol oynayır. Möhtərəm İlham Əliyev cənablarının uğurlu siyasətinin ən vacib amillərindən olan stabillik və özəl sektorun inkişafına yaradılan şərait isə bu işin həyata keçirilməsinə "yaşıl işıq" yandırdı.
   1990 -cı ildən başlayaraq müstəqil Azərbaycan Respublikası ərazisində geniş biznes fəaliyyəti ilə məşqul olan, ölkə iqtisadiyyatına böyük sərmayələr yatıran, minlərlə insanı işlə təmin etmiş, müxtəlif xeyriyyə tədbirləri keçirmiş və bununla da, Azərbaycanın biznes məkanında intensiv inkşafına yardımcı olan mövqeyini möhkəmləndirmiş ilk sahibkarlardan biri də Ali Evsendir.
   Məhz onun və rəhbərlik etdiyi şirkətdə işləyən minlərlə əməkdaşın gərgin, fasiləsiz əməyi nəticəsində səmərəli layihələr həyata keçirilmişdir. Ümumiyyətlə Azərbaycanın biznes mühitinə daxil olmuş bir çox yeniliklər onun adı ilə bağlıdır.
   Cənab Ali Evsen həyata keçirilən layihələri ümummilli liderimiz cənab Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən iqtisadi inkşaf strateqiyasının və Azərbaycan Respublikasının indiki Prezidenti cənab İlham Əliyevin ölkə sahibkarlığına göstərdiyi əvəzsiz qayğının nəticəsi kimi qiymətləndirir.
   İnsanı əməyə, zəhmətə, qurub-yaranmağa ruhlandıran ən vacib və ilhamverici amillərdən biri də sevgidir: Vətənə sevgi, anaya segi, öz xalqına sevgi!
   Türk dünyasının "türk əsgəri" olan Ali Evsen türkçülüyü sevən, xalqımızın inkşafı və çiçəklənməsi yolunda şəxsi maraqların arxa plana çəkərək sözün əsil mənasında xidmətçiyə çevrilməyi bacaran bir insandır.
   Ali Evsen verdiyi sözün üstündə durmaqla ağır zəhmətə qatlaşmağı bacarır. Ağlını, dərrakəsini xalqa, vətənə xidmətə yönəldən bir şəxsiyyət kimi tanınır.

Hörmətlə,
Ali Evsen

Əsas səhifə
Saytın xəritəsi
Linklər