Русская версия English version
   Müstəqil Azərbaycanın banisi ümummilli lider Heydər Əliyev bütün ömrünü demokratik və hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasətə həsr edərək azad bazar iqtisadiyyatının durmadan inkşafına, xalqın rifahının yaxşılaşdırılmasına həsr edərək zəhmətkeş kütlələrin, o cümlədən, hər zümrədən olan insanların məişətinin yaxşılaşdırılmasına xidmət etmiş özəl sektorun fəaliyyətinə xüsusi önəm vermişdir.
   Bu yolda atılan addımlar insanların məişət və ailə problemlərinin həll edilməsinə xidmət edərək onlara dövlət quruculuğu işində daha vicdanla çalışmağa stimul verir.
   "STAR" MMCnin Cənubi Koreya ilə müştərək istehsal müəssisəsində quraşdırılmış müasir avadanlıqlar 1 dəqiqə ərzində 1 televizorun istehsalı üçün əlverişli şərait yaradır və günlük istehsal gücü 350 ədədə çatır. Lakin respublikamızda və respublikamızın hüdudlarından kənarda olan bazarda televizorlara olan tələbatı ödəmək üçün istehsal daha da genişləndirilməli və tələbatı tam təmin etməlidir.
   Müəssisədə istehsal olunan məhsullar gözəl dizaynı, yüksək keyfiyyəti və sərfəli qiyməti ilə geniş alıcı kütləsinin marağını ozünə cəlb etmişdir. Belə ki, istehsal olunan hər bir məhsulun özünəməxsus funksional keyfiyyətləri, digər eyni adlı məhsullardan öz müsbət xüsusiyyətləri ilə seçilməsi əhalinin əksər hissəsinin alıcılıq qabiliyyətinə uyğun gəlir ki, bu da həm daxili həm də xarici bazarda məhsulun rəqabətə davamlılığını artırır.
   "STAR" MMC zavodu 13 sentyabr 2004-cü ildə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi şəxs kimi qeydiyyata alınmışdır. Müəssisə qeydiyyata alındıqdan sonra bir neçə uğurlu layihələr həyata keçirmişdir. Belə ki, 2004-cü ilin sonlarından başlayaraq Şamaxıda özülü qoyulan məişət avadanlıqları zavodunun tikintisinin qısa müddətdə başa çatdırılması və istehsala başlanması buna bariz nümunədir.
   "STAR" MMC zavodu respublikada analoqu olmayan bir müəssisədir.
   2005-ci il aprel ayının 25-də Azərbaycan Respublikasının Prezidenti, zati aliləri cənab İlham Heydər oğlu Əliyevin iştirakı ilə "STAR" MMC zavodunun acılış mərasimi keçirilmişdir. Mərasimdə bir sıra fəxri qonaqlar, o cümlədən nazirlər, komitə rəhbərləri, Milli Məclis üzvləri, xarıci ölkə səfirləri, bir sıra şirkət rəhbərləri, ictimaiyyət və media nümayəndələri iştirak etmişdi. "STAR" MMC zavodunun prezidenti cənab Əli Evsen müəssisənin iş prinsipi haqqında, ölkə iqtisadiyyatında tutduğu mövqe və verəcəyi töhfələr barədə məlumat vermiş, qonaqları müəssisədə quraşdırılmış yeni texnologiya ilə yaxından tanış etmişdir.
   Ölkə prezidenti zavodun respublika üçün böyük əhəmiyyətə malik olduğunu vurğulamış və zavodun kollektivinə gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulamışdır. Mərasimdə iştirak edən digər qonaqlar da zavodda təşkil olunmuş iş prinsipini və işçilər üçün yaradılmış yüksək səviyyəli şəraiti dəyərləndirmişlər. Bununla belə onlar məhz respublikamızın regionlarından biri olan qədim Şamaxıda belə bir zavodun inşasının məqsədyönlü siyasətin nəticəsi olduğunu qeyd etmişlər.
   Açılış mərasimindən sonra görülən tədbirlər daha geniş miqyas almışdır. Hazırda zavod məişət avadanlıqları və televizor istehsalı ilə məşğuldur ki, bu da regionda 250 nəfər insanın işlə təmin olunmasına şərait yaratmışdır. Konkret məhsullara gəldikdə isə onu demək olar ki, müəssisədə müxtəlif LCD, PLAZMA ( CRT(14", 21"), PUREFLAT (14", 21", 29"), LCD (20", 26", 32"), PLAZMA (42", 50") və adi monitorlu STAR televizorlan, müxtəlif tutumlu STAR soyuducular (Frost, No-Frost tipli), STAR paltaryuyan maşınlar (yan avtomat, avtomat və tam avtomat tipli), müasir standartlara uyğun müxtəlif ölçülü otaqlar üçün Elite kondisionerləri istehsal olunur. Müəssisənin təklif etdiyi məhsullar öz yüksək keyfiyyəti ilə alıcıların rəğbətini qazanmaqdadır. "STAR" MMC zavodu gələcəkdə yeni istehsal sahələri yaratmaq və inkişaf etdirməyi qarşısına məqsəd qoymuşdur ki, bunun da həyata keçirilməsi 2000 nəfərdən artıq insanın işlə təmin olunması və ölkə prezidentinin 2004-2008-ci illər Regionlann sosial-iqtisadi inkişafı proqramının daha sürətlə həyata keçirilməsinə yardımcı olmaqdadır.
   "STAR" MMC zavodunun marketinq strategiyası həm Azərbaycanın daxili bazarında, həm də Orta Asiya ölkələrində, Qafqazda və Rusiyada nümayəndəliklər sistemi yaradıb. Keyfiyyəti ön plana çəkən "STAR" MMC istehlakçı hüquqlarına, müasir texnologiyanın tələblərinə uyğun məhsulların istehsalını həyata keçirir.
   Artıq "STAR" zavodunun məhsulları Azərbaycan bazarında özünə layiqli yer tutub. Bu da istehsal etdiyimiz məhsulların ilk növbədə yüksək keyfiyyətli, ucuz və təminatlı olması ilə izah olunur. Zavodda istehsal olunan məhsulların ölkə daxilində satışı ilə yanaşı, xarici dövlətlərə də ixrac edilir. "STAR" MMC zavodunun istehsal etdiyi məhsulun keyfiyyətinə güvənərək uzun müddətli zəmanət verir.

"Evsen" Group-un mərkəzi idarəetmə binası harada yerləşir?
"Evsen" Group-un mərkəzi idarəetmə strukturu Şamaxı şəhərində yerləşir.
"Evsen" və "Elit" şirkətləri biri-birindən nə ilə fərqlənir?
"Evsen" Şirkətlər Qrupu özündə bir sıra şirkətləri birləşdirmişdir ki, onlardan da biri "Elite" kompleksidir.
APREL 15, 2018
Ali Evsen 3 dinin bərabərliyini təcəssüm etdirən heykəli xatirə hədiyyəsi olaraq İspaniya kraliçası Sofiyaya təqdim etdi.
NOYABR 06, 2017
"Evsen" Fondun təşəbbüsü ilə təşkil edilən və həyata keçirilən II Beynəlxalq konfrans İspaniya hökuməti tərəfindən müsbət qarşılanaraq dəstəklənmişdir.
Əsas səhifə
Saytın xəritəsi
Linklər