Ðóññêàÿ âåðñèÿ English version
   Məlum olduğu kimi Azərbaycan zəngin xalçaçılıq mədəniyyətinə malikdir. “Evsen” Şirkətlər Qrupunun Şamaxı rayonunda yaratdığı xalçaçılıq fabriki xalçaçılıq mədəniyyətimizin daim yaşamasına, ölkənin hüdudlarından kənarda tanınmasına və nəhayət, milli ruhumuzun yüksəlməsinə xidmət edir.
   Azərbaycan xalçaçılığı sahəsində tədqiqatların ümumiləşdirilməsi və xalqımızın mədəniyyəti tarixində mühüm rol oynayan Azərbaycan xalçasının çoxəsirlik inkişafı yolunun öyrənilməsi məqsədilə uzun müddətli və gərgin işlər görülmüş, Lətif Kərimov, Kamil Əliyev kimi artıq həyatdan köçmüş, lakin qədim xalçaçılıq sənəti sahəsində gərgin və qiymətli işlər görərək iz qoyub getmiş sənətkarlarımızdan - xalça rəssamlığı və ümumiyyətlə xalçaçılıq sənətindən ilham alanların yolunu davam etdirmək davamçı nəsillərin öhdəsinə düşür.
   Bizə məlumdur ki, Bakı şəhərində Lətif Kərimov adına Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət muzeyi mövcuddur. Bu muzey Azərbaycanın nadir xalçalarının saxlandığı ən iri "qoruqdur". Həmin muzeyin kolleksiyaları elə formalaşdırılmışdır ki, burada Azərbaycan xalçasının inkişafı yolu görünür. Dünya muzeylərində saxlanılan səhv olaraq "İran xalçaları" yaxud "Qafqaz xalçaları" adlandırılan məhsullardan fərqlənən Azərbycan xalçaları xalqımızın bu qədim irsini layiqincə təmsil edir.
   Xalçaçılıq sənətini yaşadanlar içərisində Evsen şirkətlər qrupunun prezidenti Əli bəy də vardır.
   Onun rəhbərliyi altında fəaliyyət göstərən Şamaxı xalçaçılıq fabrikinin gördüyü işlər təkcə məişətə deyil xalqımızın və mədəniyyətimizin zəngin irsinin qorunub saxlanmasına da xidmət edir. Sözsüz ki, o, bu çətin və məsuliyyətli işə başlamazdan əvvəl, Azərbaycan xalçaları kolleksiyaları ilə tanışlıqdan bəhrələnmişdir.
   "EVSEN" Şirkətlər Qrupu nun nəzdində fəaliyyət göstərən xalçaçılıq fabriki 2003 cü ildən Şamaxı şəhərində fəaliyyət göstərir. Fabrikin 100-dən artıq işçisi var, bundan başqa bəzi evdar qadınlar da işə cəlb olunmuşlar.
   Burada əsasən Azərbaycan xalça məktəbinin unudulmuş milli çeşidlərinə əsasən xalılar toxunur.
"Evsen" Group-un mərkəzi idarəetmə binası harada yerləşir?
"Evsen" Group-un mərkəzi idarəetmə strukturu Şamaxı şəhərində yerləşir.
"Evsen" və "Elit" şirkətləri biri-birindən nə ilə fərqlənir?
"Evsen" Şirkətlər Qrupu özündə bir sıra şirkətləri birləşdirmişdir ki, onlardan da biri "Elite" kompleksidir.
APREL 15, 2018
Ali Evsen 3 dinin bərabərliyini təcəssüm etdirən heykəli xatirə hədiyyəsi olaraq İspaniya kraliçası Sofiyaya təqdim etdi.
NOYABR 06, 2017
"Evsen" Fondun təşəbbüsü ilə təşkil edilən və həyata keçirilən II Beynəlxalq konfrans İspaniya hökuməti tərəfindən müsbət qarşılanaraq dəstəklənmişdir.
Əsas səhifə
Saytın xəritəsi
Linklər