Русская версия English version
   "EVSEN" Şirkətlər Qrupu ölkə iqtisadiyyatının gücləndirilməsi və xüsusilə, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində növbəti böyük və təqdirəlayiq layihəsi Şamaxı rayonunda yeni AZƏRELEKTRONİKA zavodunun istismara verilməsindən ibarət olmuşdur.
   İnşaat işləri sürətlə aparılmış olan bu müəssisə istehsal xətti üçün ən son texnogiyalarla təchiz edilmişdir.
   AZƏRELEKTRONİKA zavodunda müxtəlif növ və ən müasir soyuducular və digər təyinati məişət avadanlıqları istehsal olunur.Burada istehsal olunan məhsulların daxili bazara çıxarılması ilə yanaşı, həm də xarici bazara ixrac olunması şirkətin əsas hədəfidir.
   26 Noyabr 2009 cu ildə ölkə başçısı cənab İlham Əliyev "Evsen" Şirkətlər Qrupunun rayonda inşa edilən "Azərelektronika" məişət cihazları istehsalı zavodunun açılış mərasimində iştirak etmişdir. Prezident İlham Əliyev düyməni basaraq müəssisəni işə salıb, istehsal prosesini izləmişdir. 13 hektar sahəni əhatə edən zavodun inşasına 2005-ci ildə başlanılmış, tikinti işləri 2008-ci ilin mayında başa çatdırılmışdır. İstehsal sahəsi 20 min kvadratmetr olan zavodda kondisioner sexi fəaliyyət göstərir. Burada ilkin mərhələdə 250 nəfər işlə təmin olunmuşdur. Zavodun istehsal gücü ildə 600 min kondisionerdir. Gələcəkdə müəssisədə soyuducu, tozsoran və digər məişət avadanlığı sexlərinin yaradılması nəzərdə tutulur. Həmin sahələr istifadəyə verildikdən sonra zavodda 1000 nəfər işlə təmin olunacaqdır. Burada Türkiyədən, Malayziyadan, İrandan gətirilən xammaldan, habelə yerli materiallardan istifadə olunacaqdır. Bundan əlavə, zavodda boya, polifon, plastik kütlə əridən sexlər, 250 tonluq 6 hidravlik pres də quraşdırılmışdır.
   Prezident İlham Əliyev müəssisədə istehsal olunmuş məhsullar və zavodun inzibati binası ilə tanış olmuşdur.
   "EVSEN" Şirkətlər Qrupu bununla kifayətlənmir və ölkəmizin iqtisadi qüdrətinin artırılması üçün daha yeni töhvələr vermək məqsədilə yeni layihələr üzərində çalışır.



"Evsen" Group-un mərkəzi idarəetmə binası harada yerləşir?
"Evsen" Group-un mərkəzi idarəetmə strukturu Şamaxı şəhərində yerləşir.
"Evsen" və "Elit" şirkətləri biri-birindən nə ilə fərqlənir?
"Evsen" Şirkətlər Qrupu özündə bir sıra şirkətləri birləşdirmişdir ki, onlardan da biri "Elite" kompleksidir.
APREL 15, 2018
Ali Evsen 3 dinin bərabərliyini təcəssüm etdirən heykəli xatirə hədiyyəsi olaraq İspaniya kraliçası Sofiyaya təqdim etdi.
NOYABR 06, 2017
"Evsen" Fondun təşəbbüsü ilə təşkil edilən və həyata keçirilən II Beynəlxalq konfrans İspaniya hökuməti tərəfindən müsbət qarşılanaraq dəstəklənmişdir.
Əsas səhifə
Saytın xəritəsi
Linklər