Русская версия English version
Bizim missiyamız Azərbaycan xalqı naminə çalışaraq, fasiləsiz olaraq yeni fabrik və müəssisə şirkətləri yaratmaqdır.
Müştərilərimizə daim keyfiyyətli və zəmanətli mal və xidmət təqdim edərək, onlarda şirkətlərimiz və təqdim etdiyimiz mallar haqda davamlı məmnuniyyət hissi yaratmaqdır. İşçilərimizin iş qabiliyyətlərini və işə olan meyllərini artırmaq, bununla da insanların böyük əksəriyyətinə qayğıkeş olmaq və Azərbaycan xalqının dəyərlərini möhkəmləndirməkdir.
 AzSamand servis
 Kondisioner servis
 STAR TV servis
   Ümummilli liderimiz, dünya şöhrətli Heydər Əliyev cənablarının Azərbaycan xalqına bəxş etdiyi növbəti töhfələrindən biri onun hakimiyyətə qayıdışı oldu və bu mötəşəm qayıdış nəticəsində Azərbaycan dövlətinin irəliləməsi və hər sahədə dünya bazarına çıxmaq iqtidarında olması yolunda müəyyən addımlar atıldı. Məlumdur ki, xarici vətəndaşların, ələlxüsus qonşu və qardaş Türkiyənin iş adamlarının ölkəmizə bu və ya digər layihənin həyata keçirilməsinə sərmayə qoyması üçün respublikamızda stabilliyin bərqərar olması vacib və əsas şərtlərdən biri sayılırdı. Stabillik isə durmadan möhkəmlənirdi.
   Ali Evsen 1990-cı ildə Azərbaycanda ilk xarici özəl sərmayə qoyan türk şirkətini qurdu. Bu son dərəcə inamlı və kifayət qədər cəsarətli addım idi. Azərbaycanda birinci sərbəst ticarət mağazasının açılışı da onun adı ilə bağlıdır. Ticarət fəaliyyəti dövründə Azərbaycana Dubaydan ilk konteyneri gətirməklə cənab Evsen bu ticarət yolunu açmış oldu.
   Ölkəmizdə çoxsaylı iş yerlərinin açılması öndə olmağa adət etmiş cənab Evsenin yeganə fəaliyyət növü olmadı. O, xeyriyyəçilik və mədəniyyətimizə töhfələri ilə də diqqəti cəlb etmişdir. Yardıma ehtiyacı olanlara zamanında kömək etməyi Əli bəy özü üçün fəaliyyət prinsipi seçmişdir. Ümummilli liderimiz cənab Heydər Əliyev zamanında Əli Evsenə dahi Azərbaycan şairi Hüseyn Cavidə Naxçıvanda məqbərə ucaltmağı məsləhət görmüş, yüksək zövqlə ərsəyə gətirilmiş bu sənət əsərinin açılışında şəxsən iştirak etmişdir. Bundan əlavə Əli bəy öz şəxsi vəsaitinə Şamaxı şəhərində də məscid tikdirmişdir.
   "Elit Ticarət və Əyləncə Mərkəzi"nin tikilişi son illərin uğurlu layihələrindən biri oldu. Qeyd edək ki, bu kompleks özəlləşdirilən, əvvəllər dövlət mülkiyyətinə məxsus olan bir obyektin bazasında qurulub və bu səbəbdən də 1995 ci ildən Azərbaycanda ardıcıl şəkildə həyata keçirilən dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinin daha bir uğurlu nümunəsi sayılır.
   Belə bir nəhəng kompleksin tikinti-quraşdırma işlərinin cəmi altı ay ərzində başa çatması çoxlarını heyrətləndirmişdi. 2002-ci il, fevralın sonunda tikintisinə başlanan kompleksdə həmin ilin avqust ayının 17-də möhtəşəm açılışı keçirildi. Cənab Əli Evsenin bilavasitə rəhbərliyi ilə təşkil olunmuş açılış tədbirinə Türk estradasının ulduzu İbrahim Tatlısəsin dəvət edilməsi açılış mərasimini yüz minlərlə şəhər sakini üçün əsl bayrama çevirdi. Açılış mərasimində yüksək səviyyəli dövlət nümayəndələri, səfirlər, nüfuzlu yerli və xarici iş adamları iştirak edirdilər.
   Əli Evsenin səyləri nəticəsində "STAR MMC" zavodu bu gün Şamaxıda televizorlar, məişət avadanlıqları, paltaryuyan maşınlar, soyuducular və digər avadanlıqlar istehsal edir, respublika bazarını bu qisimdən olan mallarla təmin edir.
   Respublika və Respublikadan kənar bazarların tələbatını ödəmək üçün müəssisə gələcəkdə daha çox müasir avadanlıqlar cəlb edərək yüksək keyfiyyətli məhsullar istehsal etməyi planlaşdırır.
   Müəssisənin əsas məqsədi daha çox keyfiyyətə fikir vermək və ucuz qiyməti təmin etməklə alıcıların rəğbətini qazanmaqdır. Bunun üçün də müəssisədə məhsulların beynəlxalq standartlara uyğunluğunu təmin etmək üçün xüsusi nəzarət sistemi quraşdırılmış və bütün bunlara nəzarət etmək üçün əcnəbi mütəxəsislər dəvət olunaraq müəssisədə işlə təmin olunmuşdur.
   Əmtəə bazarına yeni daxil olmasına baxmayaraq "STAR MMC" zavodunun məhsulları hal-hazıra kimi bir neçə sərgilərdə iştirak etmiş və sərgi iştirakçılarının böyük marağına səbəb olmuşdur.
   Cənab Əli Evsen Azərbaycan avtomobil bazarında misli görünməmiş daha bir yeniliyi həyata keçirmişdir. İran İslam Respublikasında Fransa avtomobil markası olan Peugeot avtomobillərinin bazasında istehsal olunan yeni "AZSAMAND" markali avtomobillərin satışını həyata keçirməyə başlamışdır. Şamaxı şəhərində istehsal olunan bu avtomobillər Azərbaycanın avtomobil istehsalının inkişafı sahəsində atılmış ilk və uğurlu addımdır. İstehsalla əlaqədar olaraq şirkətdə yüzlərlə insan işlə təmin olunmuşdur ki, bu da vacib amillərdən ən başlıcasıdır.
   "Evsen Şirkətlər Qrupu" həmçinin xalçaçılıq sənətini də yaşadır. Belə ki, Şamaxı şəhərində yerləşən, 100-ə yaxın işçisi olan xalçaçılıq fabrikində əsasən milli ornamentlərdən istifadə olunan xalçalar hazırlanır.
   "Evsen Şirkətlər Qrupu"nun uğurlu fəaliyyət prinsipi çoxlu sayda kimsəsiz uşaqlara, qaçqın və məcburi köçkünlərə, Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş torpaqları uğrunda canlarını fəda etmiş şəhid ailələrinə və əlillərə daim yardım etmək işində məqsəd hesab edərək həyata keçirməkdədir.
   Bir sözlə "Evsen Şirkətlər Qrupu" iqtisadi tərəqqiyə yeni töhfələr bəxş etməklə respublikamızda əhalinin rifah halının yüksəldilməsi və keyfiyyətli məhsullarla təminatı istiqamətində məqsədyönlü fəaliyyət göstərir.

EVSEN şirkətlər qrupu aşağıdakı şirkətlərdən ibarətdir:

1. ELİTE TİCARƏT VƏ ƏYLƏNCƏ KOMPLEKSİ
ELİTE TİCARƏT VƏ ƏYLƏNCƏ KOMPLEKSİ yaxın regionda analoqu olmayan, 40 000m2 sahəni əhatə edən, Azərbaycanda öz xidməti və fəaliyyəti ilə bənzərsizliyini sübut edən, artıq bir marka kimi formalaşan,
  • 5 mərtəbəli, yüzlərlə müasir tipli mağazanı özundə cəmləşdirən Elite Ticarət Mərkəzindən;
  • yüksək xidmət göstəriciləri ilə fərqlənən 4 ulduzlu Elite Otelindən;
  • Bakıda ən böyük ( ümumi sahəsi – 4 200m2) və ən müasir Metropolitan olan Elite Metropolitanindən;
  • Azərbaycanda yeganə buz meydançası, boulinq, restoran, diskobar və digər əyləncə sahələri ilə tanınan Queen Əyləncə Mərkəzindən;
  • Ölkənin ən böyük ELİTE Kredit Mərkəzindən;
  • yeni fəaliyyətə başlamış Ocaqbaşı restoranından
ibarət bir Kompleksdir.

2. STAR MMC zavodu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionlarda sosial rifahın yaxşılaşdırılması və gücləndirilməsi, yeni iş yerlərinin açılması istiqamətində verdiyi fərmanına əsasən cənab Əli EVSEN fəaliyyətini regionlara yönəltmişdir. Buna bariz nümunə kimi Şamaxı rayonunda inşa edilmiş və yeni fəaliyyətə başlamış STAR MMC zavodunu göstərmək olar. Ümumi sahəsi 35 500 m2 olan bu zavodda 200 – dən çox yerli əhali işlə təmin olunmuşdur. Zavodda ən yeni texnologiya ilə STAR televizorları (müxtəlif diaqonallı CRT, LCD, PDP tipli) istehsal olunur.

3. AZSAMAND avtomobil zavodu
AZSAMAND avtomobil zavodu da Şamaxı rayonunda inşa edilmişdir və bu zavodda Azərbaycanda ilk dəfə olaraq ən müasir tələblərə uyğun AZSAMAND avtomobilləri istehsal olunur. Sedan tipli olmaqla müxtəlif təyinatlı avtomobil xarakteri daşıyan, komfortlu salona malik, Peugeot 405 mühərriki olan, ABS əyləc sistemi ilə təchiz olunmuş, audio sistem / CD+radio, elektropaket və digər üstün cəhətlərlə zəngin olan AZSAMAND avtomobilləri nəinki daxili bazarda, həm də ölkənin hüdudlarından kənarda da özünə rəğbət qazanmışdır.

4. AZERELEKTRONİKA zavodu
EVSEN şirkətlər qrupu STAR və AZSAMAND zavodları kimi AZERELEKTRONİKA zavodunu da Şamaxı rayonunda inşa etməkdədir. Bu zavodda ən müasir texnologiya ilə müxtəlif tipli soyuducular, kondisionerlər və paltaryuyan maşınların istehsalı nəzərdə tutulmuşdur.

5. STAR nəqliyyat
STAR nəqliyyat şirkəti ölkənin nəqliyyat sferasına geniş təcrübə əsasında böyük nailiyyətlər əldə etmiş bir şirkətdir. Şirkət hal-hazırda yüksək xidmət mədəniyyətinə malik taksi xidmətləri təklif edir ki, bu da sərnişindaşımada əsl yenilik və komforta bərabərdir. Ölkə əhalisi və qonaqlar AZSAMAND avtomobillərində STAR nəqliyyat şirkətinin taksi xidmətindən böyük zövqlə istifadə edir.

6. Xalçaçılıq fabriki
Məlum olduğu kimi Azərbaycan zəngin xalçaçılıq mədəniyyətinə malikdir. EVSEN şirkətlər qrupunun yenə də Şamaxı rayonunda yaratdığı xalçaçılıq fabriki xalçaçılıq mədəniyyətimizin daim yaşamasına, ölkənin hüdudlarından kənarda tanınmasına və nəhayət, milli ruhumuzun yüksəlməsinə xidmət edir.

7. A-LİZİNQ şirkəti
A-LİZİNQ şirkəti 03 Fevral 2006-cı il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təqdim olunmuş lisenziyaya əsasən fəaliyyət göstərir. Şirkət yeni yaranmasına baxmayaraq ölkənin maliyyə bazarında uğurla inkişaf edir. Bu şirkət bütün növ lizinq xidmətləri ilə məşğuldur.

"Evsen" Group-un mərkəzi idarəetmə binası harada yerləşir?
"Evsen" Group-un mərkəzi idarəetmə strukturu Şamaxı şəhərində yerləşir.
"Evsen" və "Elit" şirkətləri biri-birindən nə ilə fərqlənir?
"Evsen" Şirkətlər Qrupu özündə bir sıra şirkətləri birləşdirmişdir ki, onlardan da biri "Elite" kompleksidir.
APREL 15, 2018
Ali Evsen 3 dinin bərabərliyini təcəssüm etdirən heykəli xatirə hədiyyəsi olaraq İspaniya kraliçası Sofiyaya təqdim etdi.
NOYABR 06, 2017
"Evsen" Fondun təşəbbüsü ilə təşkil edilən və həyata keçirilən II Beynəlxalq konfrans İspaniya hökuməti tərəfindən müsbət qarşılanaraq dəstəklənmişdir.
Əsas səhifə
Saytın xəritəsi
Linklər