 |
 |
05 Noyabr 2018 |
 |
Evsen Şirkətlər Qrupu və Evsen Fondu İspaniyada "III Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi" mövzusunda Beynəlxalq Konfrans keçirtdi  |
 |
24 Aprel 2018 |
 |
"Evsen" Şirkətlər Qrupunun Prezidenti Ali Evsen Türkiyənin Baş Naziri Binəli Yıldırımla görüşünə dəvət olundu  |
 |
15 Aprel 2018 |
 |
"Evsen" Group və "Evsen" Fondunun Prezidenti Ali Evsen 3 dinin bərabərliyini təcəssüm etdirən heykəli xatirə hədiyyəsi olaraq kraliça Sofiyaya təqdim etdi  |
 |
15 Aprel 2018 |
 |
"Evsen" Fondunun təşkilati dəstəyi ilə Madriddə XXIII "KERMES 2018" beynəlxalq xeyriyyə bazarı keçirilib  |
 |
07 Noyabr 2017 |
 |
İspaniya kralı VI Filipp Madriddəki Kral Sarayında "Evsen" Şirkətlər Qrupu və Foundation "Evsen"in prezidenti Ali Evsen cənablarını qəbul edib  |
 |
07 Noyabr 2017 |
 |
İspaniya prezidenti Mariana Raxoy kral sarayında "Evsen" Şirkətlər Qrupu prezidenti Ali Evsen ilə görüşdü  |
 |
06 Noyabr 2017 |
 |
"Evsen" Şirkətlər Qrupu və Fundacion "Evsen"in təşkilatçılığı ilə İspaniyanın paytaxtı Madriddə "II İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi" mövzusunda  |
 |
08 Avqust 2017 |
 |
"EVSEN" Şirkətlər Qrupu ölkəmizin sənaye potensialına öz töhfələrini verir!  |
 |
2016 Xəbər Arxivi  |
 |
2015 Xəbər Arxivi  |
 |
2014 Xəbər Arxivi  |
 |
2013 Xəbər Arxivi  |
 |
2012 Xəbər Arxivi  |
 |
2011 Xəbər Arxivi  |
 |
2010 Xəbər Arxivi  |
 |
2009 Xəbər Arxivi  |
 |
2008 Xəbər Arxivi  |
 |
2007 Xəbər Arxivi  |
|
 |
 |
 |
"EVSEN" Şirkətlər Qrupu ölkə iqtisadiyyatının gücləndirilməsi və xüsusilə, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirdiyi layihələrdən biri də Şamaxı rayonunda 2009-cu ilin noyabrında istifadəyə verdiyi "AZƏRELEKTRONİKA" məişət cihazları istehsal edən zavodudur. Müəssisədəki istehsal xətti ən son texnogiyalarla təchiz edilmiş, dünya standartlarına tam cavab verən avadanlıqlar istehsal etməyə hesablanmışdır. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində inşa edilən bu zavod Zaqafqaziya regionunda ən böyük müəssisələrdəndir.

"AZƏRELEKTRONİKA" zavodunda hazırda müxtəlif növ və ən müasir soyuducular və digər təyinati məişət avadanlıqları istehsal olunur. Burada istehsal olunan məhsulların daxili bazara çıxarılması ilə yanaşı, həm də xarici bazara ixrac olunması şirkətin əsas hədəflərindəndir.
2009 cu il noyabın 26-da ölkə başçısı cənab İlham Əliyev "Evsen" Şirkətlər Qrupunun rayonda inşa edilən "Azərelektronika" məişət cihazları istehsalı zavodunun açılış mərasimində iştirak etmişdir. Prezident İlham Əliyev düyməni basaraq müəssisəni işə salıb, istehsal prosesini izləmişdir. O, şirkətin rəhbəri Ali Evsenin Azərbaycanın sənaye potensialına verdiyi töhfələri yüksək qiymətləndirmiş, şirkətin regionlardakı fəaliyyətinin böyk önəm daşıdığını vurğulamışdır. Daha sonra Prezident İlham Əliyev müəssisədə istehsal olunmuş məhsullar və zavodun inzibati binası ilə tanış olmuş, yaradılan şəraiti yüksək qiymətləndirmişdir.
Qeyd edək ki, 13 hektar sahəni əhatə edən zavodun inşasına 2005-ci ildə başlanılmış, tikinti işləri 2008-ci ilin mayında başa çatdırılmışdır. İstehsal sahəsi 20 min kvadratmetr olan zavodda kondisioner sexi fəaliyyət göstərir. Zavodda ilkin mərhələdə 250 nəfər işlə təmin olunmuşdur. Sevindirici haldır ki, burada çalışanların əksəriyyəti yerli sakinlərdir.
Zavodun istehsal gücü ildə 600 min kondisionerdir. Gələcəkdə müəssisədə soyuducu, tozsoran və digər məişət avadanlığı sexlərinin yaradılması da nəzərdə tutulur. Həmin sahələr istifadəyə verildikdən sonra zavodda ümumilikdə 1000 nəfər işlə təmin olunacaqdır. Burada Türkiyədən, Malayziyadan, İrandan gətirilən xammaldan, habelə yerli materiallardan istifadə olunur. Bundan əlavə, zavodda boya, polifon, plastik kütlə əridən sexlər, 250 tonluq 6 hidravlik pres də quraşdırılmışdır.
Qeyd edək ki, "EVSEN" Şirkətlər Qrupu Şamaxıda bundan əvvəl müxtəlif ölçülü müasir tipli televizorlar istehsal edən “Star” televizor zavodu, “Azsamand” avtomobil zavodunu da istifadəyə vermişdir. Bununla kifayətlənməyən şirkət rəhbərliyi ölkəmizin iqtisadi qüdrətinin artırılması üçün yeni töhfələr vermək məqsədilə yeni layihələr üzərində çalışır.
|
|